Haas sürücüləri bir-biriləri ilə mübarizə aparmayacaqlar

Komandanın danimarkalı sürücüsü Kevin Maqnussen bildirib ki, Niko Hülkenberq ilə tras üzərində mübarizəyə meyl etməyəcəklər.

F-1.az xəbər verir ki, iki sürücünün tras üzərindəki mübarizəsi komandanın nəzarəti altındadır.

Kevin Maqnussen: “Birinci dövrədən sonra bir-birimizə müdaxilə etmək istəmirik. Sadəcə kimin daha sürətli olduğunu öyrənmək istəyirik. Komandada belə bir qayda var ki, bir-birimizlə döyüşmürük. Birimiz digərimizin arxasında olanda trayektoriyanı bağlamaq kimi təhlükəli hərəkətlər edə bilmərik. Odur ki, bir-birimizə qarşı nəzakətli davranaraq və özümüz üçün deyil, komanda üçün işlədiyimizə əmin olmalıyıq”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*