F-1.az xatırladır ki, tərəflər 2017-ci ildə – Magnussenin komandaya gəlişindən sonda müqavilə bağlayıblar.
Yeni bağlanan müqaviləyə əsasən Jack & Jones markasının loqotipləri artıq bolidin daha çox hissəsində – arxa qanadında, burnunda və Halonun daxili və xarici hissəsində olacaq. Bundan başqa kambinezon və geyimlərdə də şirkətin loqotipləri olacaq.
Bu barədə komandanın rəhbəri Günter Ştayner danışıb: “Jack & Jones ilə olan tərəfdaşlığımız uğurlu və diqqət cəlbedəndir. Bu il münasibətimizin daha da güclənəcəyinə ümid edirik”.