F-1.az xatırladır ki, Haas komandası keçən ildən Brembo əyləclərindən istifadə edir və buna görə də yarışların əksəriyyətində əyləclə bağlı problemlər yaşayıblar. Amerikalılar bu problemi aradan qaldırmaq üçün Rusiyada Brembo əyləclərindən imtina edərək, Carbon Industries əyləclərinə keçəcəklər və birinci sərbəst yürüşlərdə yeni əyləcləri yoxlayacaqlar.
Günter Ştayner: “Hazırda hər cür alternativə açığıq. Birinci sərbəst yürüşlərdə işlərin necə getdiyinə baxacağıq və daha sonra digər sessiyalar üçün qərar verəcəyik. Ümid edirəm ki, onlarla davam edərik, çünki testlərdə vəziyyət çox yaxşı idi. Sürücülərimiz yeni əyləclərdən razı görünürdülər. Onların problem çıxarmasını istəmirik”.
Haas komandasının gənc sürücüsü Kevin Maqnussen də Carbon Industries əyləclərindən razıdır: “Bəhreyn testlərindəki əyləclərlə işləməyə davam edəcəyik və işlərin gedişatına baxacağıq. Fərqli şeylər sınamaq həmişə yaxşıdır. Yeni əyləclərin yaxşı olduğunu hiss etdik və onlarla davam edəcəyik. İstədiyimiz vaxt imtina edə bilərik”.