F-1.az xatıladır ki, Ferrari mühərrikləri bu il çox zəifdir və rəqiblərindən aşkar formada geri qalırlar. Bu hal italyanların müştəri komandaları olan Alfa Romeo və Haas-a da təsir edir.
Günter Ştayner: “Hər şeydən əvvəl sadiq olmalıyıq. Cin Haas da belə düşünür. Ferrari bizə çox kömək edib və əla tərəfdaş olmuşuq. Amma indi problemləri var. Ancaq tezliklə düzələcək. Çünki Ferrari həmişə layiq olduğu yerdə yarışıb. Bir problem kimi ayrılmaq etikaya sığmaz.
Düzdür, başqa fürsətləri də dəyərləndirəcəyik. Ancaq bu, bizə çətin olacaq. Çünki bazamızın nir hissəsi İtaliyadadır və mühərriyi dəyişsək, gərək Britaniyaya köçək. Bu isə asan deyil. Hazırda bizim üçün ən yaxşı variant Ferrari-dir. Ondan da yaxşı variant isə hansısa istehsalçının sizi pulsuz mühərriklə təmin etməsidir.