Haas panikaya düşüb

Haas komandasının sürücüsü Kevin Maqnussen bildirib ki, komanda ilk yarışlardan sonra panikaya düşüb.

F-1.az xatırladır ki, amerikalılar mövsümə yaxşı başlasalar da, daha sonra templərini qoruya bilməyiblər və Mühəndislər Kubokunda 9-cu yeri tutublar.

Kevin Maqnussen: “Bəhreyn yarışından etibarən problem yaşadığımız məlum oldu. Ancaq qəribə idi. Çünki qış testlərində və Avstraliyada maşınımız güclü idi. Bəhreyndə sıralanma turunda son sessiyaya qalsaq da, yarışda gerilərə düşdük. Ondan sonra komanda panikaya düşdü. Çünki problemlərin əsl səbəbini tapa bilmirdik. Əvvəlcə problemin təkərlərdə olduğunu düşünsək də, fərqli problem ortaya çıxdı. Problemlərimiz aerodinamikadan qaynaqlanırdı. Bolid həm balanssız, həm də qeyri-stabil idi. Buna görə çox məyus olduq. Çünki sıralanma turunda güclü olsaq da, yarışda geri qalırdıq. Yarışda rəqiblərimizə qarşı ancaq müdafiə olunurduq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*