Haas növbəti dəfə Corbone İndustrie-dən imtina edib

Haas komandası Rusiya Qran Prisinin cümə sərbəst yürüşlərində Carbon Industries əyləclərindən istifadə etsə də, razı qalmayıb və Brembo əyləclərinə qayıtmağa qərar verib.

F-1.az xatırladır ki, Carbon Industries əyləcləri Bəhreyn testlərində yaxşı performans göstərmişdilər. Buna görə amerikan təmsilçisi bolidin performansını yaxşılaşdırmaq üçün əyləc avadanlıqlarında dəyişiklik ediblər. Ancaq gözlənilən performansı əldə etmək mümkün olmayıb. Belə ki, yeni əyləc disklərinin soyudulması ilə bağlı problemlər yaranıb və komanda cümə günü axşam Brembo əyləclərinə qayıtmaq qərarına gəlib.

Günter Ştayner: “Əyləclərə necə nəzarət edəcəyimizi bilmirik. Buna görə də sərbəst yürüşlər bizim üçün test kimi oldu. Əyləcə basarkən tozlar çıxdığını siz də gördünüz. Ancaq bunu Bəhreyndəki testlərdən sonra bilirdik və soyutma ilə bağlı alternativlərə baxırıq. Yeni soyutma sistemini təkmilləşdiririk. Onlara uyğunlaşmaq vaxt aparır”.

Roman Qrojan da əyləclərdən narazı qalıb: “Bolidin balansı yaxşı deyildi və razı qalmadım. Yarış tempində əyləclərlə bağlı problemlər yaşadıq. Əyləc pedalı çox qabağa gedirdi. Bu barədə ideyalarımız var. Amma bolidin tempi yox idi. Lakin bir şey var ki, Carbon Industries əyləcləri Bəhreyndə yaxşı işləmişdilər, ancaq burada çətinlik çəkirik. Buna görə də bu mövzu üzərində işləməliyik”.

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*