F-1.az xatırladır ki, Ferrari komandasının ehtiyat sürücüsü Antonio Covinatsi bu il Britaniya yarışından etibarən 7 yarışda Haas komandası ilə birinci sərbəst yürüşlərdə iştirak edəcək. Lakin italiyalı sürücü 6 dəfə Kevin Maqnussenin, 1 dəfə isə Roman Qrojanın bolidini sürəcək.
Bu cür hallarda belə bölüşmə heç vaxt görülməyib. Bütün komandalar bu cür bölüşmələri bərabər səviyyədə etməyə çalışırlar.
Roman Qrojan: “2015-ci ildə Haas ilə müqavilə bağlayanda belə qərar verdik. Keçmişdəki təcrübələrimə görə belə etdim. Müqavilədə nə yazıldığını deyə bilmərəm, lakin Lotus-dan ayrıldıqdan sonra bolidimi tərk etmək istəmədim.
Günter məndən – “bolidini bir sessiyalıq tərk edə bilərsən?” – soruşanda razılaşdım. Bolidin inkişafı üçün sürücülərin stabil qalması lazımdır”.
Kevin Maqnussen vəziyyətdən narahat olmadığını deyib: “Təklif aldığım müqavilədə bu da var idi. Digər müqavilənin belə olduğunu bilmirdim. Güman etdim ki, eynisi olacaq. Mən də öz-özümə – “narahat olma. Çox da vacib deyil” – dedim.
Romanın ola bilsin ki, əvvəlki komandasında bu mövzuda pis təcrübəsi olub. Bu bəndddə mənə nisbətən sərt qərar verib. Bizə eyni müqavilə təklif edildi, amma cümə günlərinə hədd qoydu. Çünki bu mövzuda daha təcrübəli idi. Narahat olmadım. Bu hal mükəmməl deyil. Lakin narahat deyiləm. Bu vəziyyəti kompensə etməliyəm.
Ən yaxşısını etmək istəyirəm. Neçə illik müqaviləm olduğu önəmli deyil. Şikayət etmək üçün hər hansı bir səbəb yoxdur. Bu müqaviləni özüm bağladım. Komanda ilə özüm danışıqlar apardım. Yaşadıqca adam öyrənir”.
Roman Qrojan əlavə edib ki, birinci sessiyada iştirak etməyəndə yarış üçün ideal sazlanma tapmaq çox çətin olur.
Qeyd edək ki, fransalı sürücü 2015-ci ildə 13 dəfə yerini Colion Palmerə verməli olmuşdu.
Roman Qrojan: “Məsələn, 2015-ci ildə Colion Palmer üçün əksər hallarda 1-ci sessiyaya çıxmadım. Onda bolidin performansı yaxşı olduğu üçün problem yaranmadı. Lakin bolidi sürmək çətin olanda və istədiyiniz performansı tapa bilməyəndə, sərbəst yürüşlərdən imtina etmək yaxşı hal deyil. Ancaq bunları bəzən etmək lazımdır. Bu hal performans cəhətdən yaxşı deyil, lakin bizə üstünlük qazandıra bilər”.