F-1.az xatırladır ki, qızdırma dövrəsindən əvvəl Maqnussendə yağış, Qrojanda isə keçid təkərləri var idi. Ancaq qızdırma dövrəsindən sonra Haas komandası hər iki sürücüsünü pitə çağıraraq, Medium təkərə keçiriblər. Bu taktikanın nəticəsində Maqnussen 9-cu yeri tutaraq, 2 xal qazanıb.
Ancaq reqlamentə görə sürücülər qızdırma dövrəsində komandadan kömək ala bilməzlər. Lakin Haas komandası sürücülərini pitə çağıraraq, onlara yeni təkər vermişdi. Bu da qaydalara ziddir.
Beləliklə, stüardlar həm Maqnussenin, həm də Qrojanın vaxtına 10 saniyə əlavə ediblər. Bu cərimədən sonra Maqnussen 9-cu yerdən 10-cu yerə geriləyib.