Haas komandasından bəyanat gözlənilir

Haas komandasının rəhbəri Günter Ştayner bildirib ki, sürücü qərarında sona yaxınlaşıblar və rəsmi açıqlama tezliklə verilə bilər.

F-1.az xatırladır ki, Maqnussen Haas komandasının ikiillik təklifini qəbul edib.

Günter Ştayner: “Müqavilənin nə vaxt açıqlanacağını bilmirəm. Ümid edirəm bu həftəsonu açıqlaya bilərik. Hələ insanlarla danışmalı olduğumuz şeylər var. Daha sonra yeni sürücümüzün kim olduğunu açıqlayacayıq. Müqavilə bağlamağa çox yaxınıq. Sadəcə xırda detallar qalıb. Bu yeni avtomobil almaq kimidir. Sonda pulsuz ayaqaltı istəyərsiniz. Hazırda o mərhələdəyik”.

Ştayner komandanı inkişaf etdirəcək heyətin vacib olduğunu bildirib: “Biz yeni komandayıq və komandada işi bilən insanlar olmalıdır. Bəzi enişlər və çıxışlar yaşayırıq və bunu həll etməliyik. Təbii ki, hamı gəlmək istəyir, amma biz ən yaxşıları ilə danışıqlar aparmaq istəyirik. Komanda olaraq ən yaxşısını istəyirik.

Bir sürücü dəyişdirməyinizə səbəb olan bir neçə amil var: daha çox pul, ya da daha yaxşı performans. Qətiliklə deyə bilərəm ki, asan deyil. Hazırda gəlmək istəyənlər də var, gəlmək istəməyənlər də. Müqavilə bağlamaq asan deyil və işlər fikirləşdiyimizdən uzun çəkdi. Bəzi danışıqlar davam etdiyi halda, bəziləri bitdi. Bu müddət ərzində çox yoruldum və tezliklə yeni sürücümüzü açıqlamaq istəyirik”.

Ştayner bildirib ki, Qutyerres gözləntiləri qarşılamayıb: “Həmişə daha yaxşısını edə bilərsiniz. Mən də daha yaxşısını edə bilərəm. Gördüyümüz işlərə görə xoşbəxt deyiləm. Daha yaxşısını edə bilərdik. Mövsümə yaxşı başladıq, amma eyni tempi saxlaya bilmədik. Dediyim kimi, həmişə daha yaxşısını edə bilərsən. Belə qalmağı vacib deyil”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*