F-1.az xatırladır ki, Formula1-də 2016-cı ildə debüt edən amerikanlar 2018-ci ildə Mühəndislər Kubokunda 5-ci olaraq ən yaxşı nəticələrini əldə ediblər.
Son mövsümdə Qəri Qannon və Culiano Salvi müvafiq olaraq Roman Qrojanla Kevin Maqnussenə yarış mühəndisliyi etmişdilər. Amma Haas komandası məcburən heyətdə dəyişiklik edib. Salvi 2018-ci ilin sonunda komandadan ayrılıb və italiyalı mütəxəssisin Ferrari-yə qayıtması iddia edilir. Belə olan halda Qənnon bu il Maqnussenin yarış mühəndisi olacaq. Qrojanın yarış mühəndisi isə Dominik Heyns olacaq.