Haas komandasına yeni işçilər cəlb olunacaq

Haas komandasının rəhbəri Günter Ştayner bildirib ki, 2017-ci ildə komandanın heyətini artırmaq üçün komandaya yeni içilər cəlb etmək istəyirlər...

F-1.az xatırladır ki, amerikalılar mövsümə əla başlayıblar və iki yarışdan sonra 18 xal toplayaraq çempionatda 5-ci yeri tutrlar.

Haas komandası icazə verilən detalları Ferrari-dən alıb. Amerikalılar eyni zamanda Ferrari-nin aerodinamik borusunu və ən sonuncu mühərriyini istifadə edirlər. Amerikalıların Ferrari ilə olan müqaviləsi gələn il də davam edəcək.

Ştayner bildirib ki, gələnilki qayda dəyişikliklərinə görə daha çox analitik və mühəndis axtarırlar: “Ferrari ilə olan əməkdaşlığımız davam edəcək.

Sadəcə komandaya daha çox işçi cəlb etməliyik, çünki işçimiz çox olsa, yaxşı işlər görə bilərik.

İndidən 2017-ci il bolidinin üzərində işləməyə başlamalıyıq”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*