Haas komandası yeni VF-23-ün rəng çalarını göstərib

Keçən il olduğu kimi, Haas komandası rəsmi saytında bir sıra fotolar yerləşdirərək yeni maşını nümayiş etdirən ilk komanda olub.

F-1.az xəbər verir ki, komanda ötənilki maşının kompüter renderlərində yeni rəng çalarını nümayiş etdirib və biz əsl VF-23-ü demək olar ki, 3 həftədən sonra mövsümnöncəsi testlərin ilk günündə görəcəyik.

Haas F1 VF-23

Komanda mövsümə adını MoneyGram Haas F1 Team olaraq dəyişdirən yeni titul tərəfdaşı ilə və yenilənmiş heyətlə başlayır – bu il Kevin Maqnussenin yoldaşı Niko Hülkenberq olacaq. Pyetro Fittipaldi test və ehtiyat pilot olaraq qalıb.

Rəng çaları dəyişməz qalıb – qırmızı, ağ və qara rənglərin balanslaşdırılmış birləşməsi, həm komandaya, həm də MoneyGram-a xasdır – maşın xüsusilə ön tərəfdən olduqca tanınır, lakin yan tərəfdə qara rəng üstünlük təşkil edib.

Haas F1 VF-23

Mik Şumaxerlə bağlı bəzi sponsorlar komandanı tərk ediblər, lakin onların yerinə yeniləri gəliblər – komanda maliyyə vəziyyətinin həmişəkindən daha sabit və daha güclü olduğuna inandırır, daha güclü heyətlə isə komanda sabit idman nəticələrinə ümid edir.

Virtual təqdimatda heç kim iştirak və çıxış etməyib – komanda rəhbərliyin sitatlari birsəhifəlik mətbuat relizi ilə maşının şəkillərini dərc edib.

Haas F1 VF-23

MoneyGram Haas F1 Team rəsmi çəkiliş gününün bir hissəsi kimi fevralın 11-də Silverstounda VF-23-ün ilk testlərini keçirəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*