F-1.az bikdirir ki, Haas komandası ənənəvi rəng çalarından imtina edib. Uralkali ilə olan yeni tərəfdaşlığa görə bolidin rəng çaları Rusiya bayrağını xatırladır.
Qeyd edək ki, Uralkali şirkəti Haas komandasının sürücüsü Nikita Mazepinin atası Dmitri Mazepinə aiddir və dünyanın ən böyük kalium istehsalçısıdır.
Cin Haas: “Uralkali Haas komandasının yeni sponsorudur və çox şadam. Mövsüm ərzində markalarımızı təmsil edəcəyimiz üçün səbirsizlənirik. Keçən il bizim üçün çətin idi, amma biz gələn ilə fokuslanmışıq”.
Qeyd edək ki, Haas komandası keçən il mövsümü sadəcə 3 xal yığaraq, 9-cu yerdə bitirmişdi. Çətin keçən mövsümdən sonra komanda təcrübəli iki sürücüsü ilə – Roman Qrojan və Kevin Maqnussen – yolları ayırıb. Onların əvəzinə isə keçən il Formula2-də çıxış etmiş Mik Şumaxer və Nikita Mazepin transfer olunub.
Komanda keçənilkinə bənzər bolid düzəldib. Bunun əsas səbəbi komandanın resursları gələn ilə saxlamasıdır.