Haas komandası yeni bolidini təqdim edib

Has komandası 2022-ci il bolidini təqdim edən ilk komanda olub.

F-1.az bildirir ki, Haas komandasıl 2022-ci il bolidinin şəkillərini paylaşan ilk komanda olub. Düzdür, bu, bolidin son versiyası deyil, amma maşınların necə olacağı barədə fikirlərin formalaşmasına kömək edir. VF-22-də yeni nəsil Formula1 bolidlərinin aerodinamikasını, sadələşdirilmiş ön qanadını, dəyişdirilmiş arxa qanadı, yeni saydpodları görə bilərik.

Əslində komanda yeni reqlament üzərində işləmək üçün yaxşı fürsətə sahib idi. Bunun səbəbi isə komandanın bu reqlament üçün 2020 və 2021-ci ili qurban verməsi idi. Bunun nəticəsi kimi Haas keçən il xal qazana bilməyərək, mövsümü sonuncu yerdə bitirdi.

Artıq komandanın rəhbəri Cin Haas ümid edir ki, onlar xal uğrunda mübarizə apara biləcəklər: “Mövsümün bu hissəsində hamı pozitiv düşünür və ümdi edir ki, maşınları rəqabətədavamlıdır. 2020-ci ildə qərara gəldik ki, hər şeyi bir kənara qoyub, 2022-ci il maşını üzərində işləyək. Buna görə də keçən il bizim üçün çətin keçdi. Ümid ediəm ki, qərarımız işə yarayar və xal uğrunda mübarizə apararıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*