Haas komandası təkərlərdən narazıdır

Haas komandasının sürücüləri Kevin Maqnussen və Niko Hülkenberq Barselona yarışında təkərlərdən narazı qalıblar.

F-1.az xatırladır ki, Kevin Maqnussen Kataloniyadakı yarışda 18-ci yeri tutub. Haas komandası ümumilikdə İspaniyadan xalsız qayıdıb.

Kevin Maqnussen: “Təkərə nəzarət cəhətdən çətin gün idi. Təkərlər təzə olanda sürətli idik, amma daha sonra təkərlər tez yeyildi və üç pit-stop etməkdən başqa əlacımız qalmadı. Bu da bizim üçün yaxşı hal deyil. Ümid edirəm ki, bunun səbəbini taparıq və vəziyyətimizi daha dayaxşılaşdırarıq, çünki bizim üçün çox çətin yarış idi. Belə pis həftəsonlarından sonra bolid barədə yeni şeylər öyrənirsiniz. Mən də buna ümid edirəm”.

Niko Hülkenberq də onluqdan başladığı yarışda xalsız qalıb: Çətin gün idi. Heyif ki, yeyilmə çox yüksək idi və rəqiblərimiz daha az pit etsələr də, biz 3 dəfə pit-stopa getdik. Əslində vahid dövrədə güclüyük, amma yarış tempində sürətlənməliyik. Tempimizi artırmalıyıq”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*