F-1.az xatırladır ki, Liberty Media və FİA iki həftə əvvəl Britaniyada gələn ilin bolidlərini təqdim etmişdi.
Əksər komandalar artıq builki bolidlərinin üzərində işləmirlər və növbəti ilin maşınını düzəltməyə başlayıblar. Daha əvvəl Alfa Romeo komandası Barselonada 18 düymlük təkərləri test edərkən karbon qanadcığı test etmişdi. Macarıstandada isə Haas komandası bu detalı sınaqdan keçirib. Növbəti yarışlarda komandalardan başqa testlər də gözlənilir. Belə görünür ki, komandalar birinci sərbəst yürüşlərdə hələ çox detalı yoxlayacaqlar.