Haas komandası Ş.Lekleri Britaniyada trasa buraxacaq

Haas komandası bildirib ki, onlar Ferrari-nin gənc sürücüsü Şarl Lekleri Böyük Britaniya QP-nin ilk sərbəst yürüşlərində trasa buraxacaqlar.

F-1.az xatırladır ki, gənc sürücü müqaviləyə əsasən Haas komandası ilə sərbəst yürüşlərə çıxmalı idi və gözlənilən açıqlama gəldi. Lekler bu il Britaniya, Macarıstan, Almaniya və Əbu Dabidə sərbəst yürüşlərdə Esteban Qutyerresi əvəz edəcək.

Şarl Lekler: “Sükan arxasında daha çox vaxt keçirmək üçün əla fürsətim var. Hass komandasına və Estebana təşəkkür edirəm. Haas və Ferrari mənə inandıqları üçün qürur duyuram. Bu, Formula1 sürücüsü olmaq yolunda önəmli addımdır”.

Xatırladaq ki, Lekler GP3 seriyasının ilk yarışı olan İspaniya QP-də qalib gəlmişdi…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*