F-1.az xatırladır ki, Qrojan boksa qayıtdı və uzun müddət trasa dönə bilmədi. Nəhayət, ilk test gününün bitməsinə 1,5 saat qalmış trasa çıxdı və günü 31 dövrə və ən yaxşı 10-cu nəticə ilə tamamladı.
Günter Ştayner, komandanın rəhbəri: “Başlanğıc yaxşı oldu. Həmin hadisəyə qədər hər şey qaydasında idi. Problemin nədən qaynaqlandığını tapmağa məcbur idik. Müvəqqəti həll yolu tapdıq, amma sabaha qədər daha yaxşı fikirləşməliyik. Təkrarlanmaması üçün əlimizdən gələni edəcəyik. İlk gündə daha çox işləmək, əlbəttə, gözəl olardı, amma kifayət qədər dövrə vurduğumuzu düşünürəm. Növbəti test günü üçün səbrsizlənirik.
Roman Qrojan: “Hər şey qaydasında idi. Nahardan sonra biz daha yaxşı dövrələr vura bilərdik, amma məlum səbəbə görə bunu edə bilmədik. Yaxşı ki, çox ciddi problem yoxdur.
Bu, komanda üçün yaxşı başlanğıc oldu. Əlbəttə, həmişə daha artığını istəyirik. Amma deyə bilərəm ki, pozitiv gün oldu. Əsas olan odur ki, mən maşında özümü rahat hiss edirəm. Maşın barədə ilk təəssuratlarım müsbətdir…”