F-1.az xatırladır ki, Amerika təmsilçisi Yaponiyada sıralanma turunda iki sürücüsü ilə də son sessiyaya qalsa da, yarışdan xalsız ayrılmışdı.
Günter Ştayner: “Suzukada olanlar bizi məyis etsə də, komandaya özünə inam qazandırdı. İndi isə Ostin yarışını gözləyirik. Yenidən iki sürücü ilə sonuncu sessiyaya qalmaq istəyirik. Bunun çətin olduğunu bilirik, amma edə bilərik”.
Ştayner bildirib ki, komandada qüsurlar çoxdur, amma onlar inkişaf etdiklərinə əmindirlər: “Ümumi olaraq bolidin inkişafından razıyam. Mükəmməllikdən çox uzaqda deyilik. Növbəti 4 yarışda yaxşı nəticələr alıb, mövsümü major nöqtədə bitirmək istəyirik”.