Haas komandası mühərrik barədə qərar verməlidir

Haas komandası bu həftə İspaniya QP-də Ferrari-nin yeni mühərriyini istifadə edib-etməyəcəklərinə qərar verməlidir...

F-1.az xatırladır ki, Ferrari komandası Rusiya yarışına qədər ixtiyarında qalan 9 şərti baldan 3-nü istifadə edərək daxili yanma mühərriyinin gücünü artırmışdı.

Bu dəyişiklik mühərriyə tələbkar olan Rusiya QP-də öz effektini göstərə bilməsə də, italyanlar inanırlar ki, sonrakı yarışlarda bunun faydasını görəcəklər. Buna görə də Haas komandası Ferrari-nin yeni mühərriyinə keçməkdə ehtiyatlı davranır.

Günter Ştayner: “Bu həftə qərar verəcəyik. Onların mühərrik proqramlarından xəbərimiz yoxdur. Yeni mühərriyi çatdıra biləcəklərinə əmin deyilik.

Əgər onlar yeni mühərrik verə bilsələr, istifadə etmək istəyərik”.

Haas komandası Avropa mövsümündə yeni ön qanaddan istifadə etmək istəyir: “İspaniya yarışı üçün yeni ön qanadımız var. İspaniya yarışı üçün yeni detallar gətirəcəyik və bu, sonrakı yarışlarda da davam edəcək.

Biz əmin olmalıyıq ki, yeniliklərimiz yaxşı işləyəcək. Biz bunu yoxlamamış heç bir şeydən əmin ola bilmərik”.

Amerikalılar Rusiya QP-dən xal aldıqdan sonra İspaniya üçün komandanın gözləntiləri artıb: “Bu, fantastik nəticədir və biz təslim olmayacayıq. Çində çətinlik çəkmişdik, amma biz qayıtdıq! Həftəsonu boyunca bütün məlumatları analiz etdik. 1-ci və 2-ci sərbəst yürüşlər bizim üçün çətin keçsə də, çox şey öyrəndik.

Amma 3-cü sərbəst yürüşlərdə işlər bizim üçün asanlaşdı və sıralanma turunda 2-ci seansa qala bildik. Bu yaxşı nəticədir, çünki biz unutmamalıyıq ki, bu, buzum 4-cü yarışımızdır. Yarışı 8-ci yerdə bitirmək fantastika oldu. Bu bizə göstərdi ki, əgər biz hər şeyi doğru etsək, yaxşı nəticələr qazana bilərik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*