Haas komandası İspaniyada Brembo əyləclərindən istifadə edəcək

Haas sürücüləri, xüsusilə də Roman Qrojan hələ keçən mövsümdən əyləclərlə bağlı bir çox problemlər yaşayırdı. Fransız pilot narazılığını dəfələrlə dilə gətirmişdi.

F-1.az xatırladır ki, komanda Bəhreyndə mövsümiçi testlərdə yeni təchizatçının – Carbon İndustries-in əyləclərini sınaqdan keçirmişdi və ilkin nəticələr qənaətbəxş idi. Lakin Soçidə ilk sərbəst yürüş sessiyasında məlum olmuşdu ki, yeni əyləclərdə soyutma problemi var. Buna görə də, komanda qalan sessiyalarda Brembo əyləclərindən istifadə etmişdi. Komandanın rəhbəri Günter Ştayner məsələ ilə bağlı açıqlama verib.

Günter Ştayener:Carbon İndustries-in əyləclərini kifayət qədər soyuda bilmirik. Bu da əylənmə məsafəsinin artması ilə nəticələnir. Həm də, aşınma çoxdur. Bununla bir yarış məsafəsi qət edə biləcəyimizə baxdıq və gördük ki, mümkün deyil. Elə bu səbəbə görə də Brembo-ya qayıtdıq. Barselonada da bu əyləclərlə yarışacağıq.

Carbon İndustries-ə problemi həll etmək üçün zaman lazımdır və mən inanıram ki, bunu bacaracaqlar. Lakin bu, tezliklə həll edilməsi mümkün olan problem deyil”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*