Haas komandası ilk maşınını fevralın 21-də təqdim edəcək

Günter Ştayner Haas komandasının ilk maşının təqdimat tarixini açıqlayıb - onun sözlərinə görə 2016-cı il mövsümü üçün hazırlanmış yeni maşın fevralın 21-də jurnalistlərə göstəriləcək.

F-1.az bildirir ki, təqdimat komandanın saytında onlayn olacaq – komanda yeni maşının bir neçə şəklini, onun texniki xüsusiyyətləri mövsümöncəsi testlərə bir gün qalmış yayacaq…

Günter Ştayner: “Biz planlaşdırmışdıq ki, ilk maşınımızı fevralın 21-də Barselonada təqdim edək. Amma bu günlərdə öyrəndik ki, həmin günü komandalardan biri avtodromu çəkiliş günü kimi icarəyə götürüb. Ona görə də bizim maşın trasa ancaq bazar ertəsi, fevralın 22-də çıxacaq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*