F-1.az xatırladır ki, almaniyalı sürücü bu il Haas komandasında yarışacaq. Beləliklə, Niko 2019-cu ildən sonra Formula1-də ilk tam mövsümünü keçirəcək.
Günter Ştayner: “Davamlı xal alacağımızı deyə bilmərəm, çünki yeni bolidin necə olacağını bilmirəm. Lakin Nikonun işi davamlı xal almağa çalışmaq olacaq. Bunu tez-tez etməlidir.
Onunla bağlı narahatlığım yoxdur. Düzdür, performansı mənə maraqlıdır, çünki son üç ildə çox az yarışdı. Lakin testlərdə yaxşı idi və keçən il Sebastyan Fetteli əvəzləyəndə əla performans göstərmişdi.
Düzdür, bolidə öyrəşməsi və özünə gəlməsi üçün vaxt lazımdır. Buna görə ona vaxt verəcəyik. O istənilən maşına tez öyrəşən sürücüdür”.