F-1.az xəbər verir ki, Haas komandası hələ Roman Qrojan və Esteban Qutyerresin sponsorlarından başqa sponsorlarla müqavilə bağlamayıb.
Cin Haas bu barədə açıqlama verib: “Bizə çox təklif gəldi, amma istədiyimiz məbləği verən olmadı.
Əgər istədiyimiz sponsor gəlsə, etiraz etmərik. Amma sponsorsuz da işləyə bilərik. Büdcəmiz çox yaxşıdır və bu büdcəni səmərəli şəkildə istifadə edəcəyik”
Cin Haas hədəflərindən də danışıb:
“Mövsümü 8-ci və ya 9-cu yerdə bitirə bilərik. Sonra yavaş-yavaş güclənəcəyik. Daha sonra yarış qazanmaq istəyirik. Səbrli olmalıyıq”.