Haas komandası Formula1-dəki ilk mövsümündə zərərə uğrayıb

Formula1-də bu mövsüm debüt edən komanda heç də pis çıxış etməməsinə baxmayaraq, maddi çətinliklərlə qarşılaşıb.

F-1.az xatırladır ki, mövsümün əvvəlində Haas komandası böyük bir uğura imza atacaq bir komanda kimi görürdü. ABŞ-lı iş adamı Cin Haas tərəfindən qurulan komanda Formula1-də son 30 ildəki ilk ABŞ komandası olmuşdu.

Komanda hazırda Mühəndislər Kubokunda 8-ci yerdədir və bu vəziyyət hət an dəyişilə bilər. Komandanın yarış əməliyyatları İngiltərədə, dizayn işləri isə Şimali Karolinada sabiq NASCAR çempionu Toni Styuart ilə ortaq olan Styuart – Haas NASCAR müəssisəsində aparılır və belə bir quruluşa baxmayaraq, komandanın uğurları heyranedicidir. Cin Haas Formula1 komandalarından birini almaq üçün bir çox fürsəti əlindən buraxdı və özü tamamilə yeni komanda qurmaq qərarına gəldi. Yeni komanda olduğu üçün Formula1-in olduqca çox olan testlərindən keçmiş oldu. Bütün bunlar komandanın trasdakı uğurlarını artırsa da, gəlir əldə etməyi çətinləşdirdi.

Komandaların ən böyük gəlir mənbəyi Formula1-in əldə etdiyi qazancın 47,5%-ni təşkil edən mükafatlardır. Bu məbləğin yarısı 10 komandaya bərabər şəkildə, qalan yarısı isə çempionatdakı yerlərinə görə bölünür. Keçən ilki mükafat fondunun  ümumi məbləği 903,8 milyon dollar olmuşdu və bu il bu məbləğ daha da çoxalacaq. Lakin komandalar bu pulu 2016-cı ildə ala bilməyəcəklər. Çünki qazanılan mükafat növbəti il mart ayından etibatən 10 hissə şəklində ödənilir. Yeni komandalar isə sadəcə tutulan yerə görə bölünən puldan pay əldə edə bilir. Hər hansı bir komanda bütün komandalara bərabər bölünən puldan almaq üçün son mühəndislər kubokunda son 3 mövsümdə ən azı 2 dəfə ilk onluqda ola bilməlidir. Bu da o deməkdir ki, Haas mövsümü elə 8-ci yerdə bitirərsə, 2017-ci ilin mart ayında 2,3 milyon dollar alacaq. Amma onlar 2016-cı il üçün 100 milyon dollarla yanaşı, 2017-ci il üçün də indidən 25 milyon dollar xərcləyiblər.

Cin Haas: “Yaxşı və uğur əldə edə bilən Formula1 komandası bu işə girmiş bir adam üçün çox dəyərlidir”.

 

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*