F-1.az xatırladır ki, Haas komandası Formula1-də 2016-cı ildə debüt edib və idmandakı hər iki mövsümü də 8-ci yerdə başa vurub. Force İndia komandası isə son iki mövsümdə 4-cü yeri tutub.
Kevin Maqnussen: “Əminəm ki, biz də qabağa gedərək Force İndia kimi olacağıq və kiçik komandaların da nələrə qadir olduqlarını göstərəcəyik. Force İndia komandası ilə bizim ilk mövsümlərimizi müqayisə etsək, bizim daha yaxşı çıxış etdiyimizi görərsiniz. Haas komandası doğru yöndə inkişaf edir”.