Haas komandası əvvəlki loqotipinə qayıdıb

Haas komandası 2020-ci ildə köhnə loqotipinə qayıdıb.

F-1.az xatırladır ki, Amerika təmsilçisi 2019-cu ildə Rich Energy ilə sponsorluq müqaviləsi bağlamış və komandanın adı Rich Energy Haas F1 Team olmuşdu. Bundan başqa komandanın rəng çaları qara-qızılı olmuşdu. Lakin mövsümün ortasında tərəflər müqaviləni ləğv etmişdi.

Beləliklə, Haas komandası yeni mövsümdə əvvəlki qara-qırmızı-boz rəng çalarına qayıdacaq. Bundan başqa əvvəlki loqotipdən istifadə edəcək.

Amerikalılar titul tərəfdaş üçün PKN Orlen-lə danışıqlar aparsa da, tərəflər ortaq məxrəcə gələ bilməyiblər. Beləliklə, Haas komandası yeni mövsümə titul tərəfdaşı olmadan başlayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*