F-1.az xatırladır ki, bu gün baş tutan Avstraliya Qran Prisində pit-stop zamanı həm Roman Qrojanın, həm də Kevin Maqnussenin maşınının bir təkəri yaxşı bağlanmamış, buna görə də hər iki sürücü mübarizəni dayandırmalı olmuşdu.
Stüardlar apardıqları təhlillərdən sonra komandanı hər iki sürücünü pit-stopdan sonra trasa buraxaraq təhlükəsizlik qaydalarını pozmaqda günahlandırıblar və ümumilikdə 10000 Avro məbləğində cərimələyiblər.