Haas komandası çarpma testindən keçib

Haas komandasınım 2020-ci il bolidi olan VF-20-nin şassisi FİA-nın çarpma testlərindən keçib.

F-1.az xatırladır ki, daha əvvəl Racing Point və Ferrari komandaları bu testdən uğurla keçə bilmişdilər. Haas bu testdən keçən üçüncü komanda olub. Amerikalılar yeni bolidlərini gələn ay Barselonadakı mövsümöncəsi testlərdən əvvəl təqdim edəcəklər. Bolidin ağ-qırmızı-qara rəng çalarında olması gözlənilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*