F-1.az xatırladır ki, bəzi iddialara əsasən finlandiyalı sürücü ilin sonunda Mercedes-dən ayrıla bilər və onun adı hazırda Renault və Red Bull ilə hallanır.
Günter Ştayner: “Valtteri və Sebastyanın orta qrupdakı komandalara gələcəklərini düşünmürəm. Onlarla danışıqlar aparmırıq, çünki maaşlarını verə bilmərik. Bu da böyük problemdir. Onlara hazırda çox maaş verilir”.