Haas komandası bolidin rəngini niyə dəyişdi?

Haas komandasının rəhbəri Günter Ştayner bolidin rəng çalarlarını niyə dəyişdiklərini izahedib.

F-1.az xatırladır ki, amerikalılar Monako Qran Prisindən əvvəl bolidin üzərindəki qırmızı rəngləri ağla əvəz ediblər. Komanda bildirmişdi ki, Haas yazısı televizordan baxarkən görünmədiyinə görə bu addımı atıblar.

Günter Ştayner: “Televizordakı görüntümüzü dəyərləndirdik. Kənardan baxanda Haas yazısı görünmürdü. Dizaynerlər Cin Haasın sevdiyi şeyi tapana qədər çoxlu ideyalarla gəldilər. Sonda bu dəyişikliyi etdik. Bu qədər bəsit. Bir az fərqli dizayndır. Yazı daha yaxşı görünsün deyə fərqli şeylər sınadıq. Ağ rəngdən daha çox istifadə edib, böyük loqo yerləşdirsək, faydalı olacağını düşündük. Görək bazar günü necə görünür. Televizordan baxacağıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*