Haas komandası bolidin rəng çalarlarını dəyişib

Komanda bolidin rənglərində bir qədər dəyişikliklər edib və VF-17 Monako Qran Prisindən etibarən yeni görünüşündə olacaq.

F-1.az xəbər verir ki, bolidin əvvəl qırmızı rəngdə olan əksər hissələri gümüşü rəngə boyanıb. Yalnız şirkətin loqotipi və arxa hissədəki qırmızı zolaq öz rəngini qoruyub – bu zolaq Haas-ın ştrix kodu hesab edilir.

Günter Ştayner: “Yeni rəng çalarları mövsümün sonuna qədər qalacaq. Biz FİA-nın tələbinə uyğun olaraq, sürücü nömrələrini yenidən yazmışıq, buna görə də maşının daha gözəl görünməsi üçün bəzi dəyişikliklər etdik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*