F-1.az xatırladır ki, komandanın Bəhreynə çatması və testlərin ilk gününə qatılması sual altında idi.
Komanda hazırda avtodromda boksun tərtibatı ilə məşğuldur. Əgər axşama qədər avadanlıqların hamısını yığıb qurtara bilsələr, sabah səhər tezdən maşını testlərə hazırlamağa başlayacaqlar. Komanda ümid edir ki, nahardan sonra maşın hazır olacaq və Pyetro Fittipaldi VF-22-nin sükanı arxasında işləyə biləcək…