Haas Kanadaya yeniliklər gətirəcək

Haas komandasının rəhbəri Günter Ştayner bildirib ki, ən böyük və vacib yenilikləri Kanadaya gətirəcəklər.

F-1.az bildirir ki, amerikalılar digər komandalardan fərqli olaraq böyük yeniliklərini Barselonaya gətirməmişdilər.

Günter Ştayner: “Böyük yeniliklərimiz var. Ön qanad, altlıq, bütün saydpod sahəsini yenilədik. Onlar bizi sürətləndirməlidir. Əksər komandalar yeniliklərini İspaniyaya gətirdilər. Biz isə bir az da gecikdirərək vaxt qazandıq və Kanadaya gətirməyə qərar verdik. Çünki biz kiçik komandayıq və digərləri kimi hadisələrə tez reaksiya verə bilmirik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*