F-1.az xatırladır ki, Haas komandası hazırda çempionatda 5-ci pillədədir və başqa komandalar kimi onlar da İspaniyaya yeniliklərlə gələcəklər. Yeni arxa qanaddan başqa, Haas Ferrari-nin yeni mühərriyinə keçəcək.
Günter Ştayner: “İspaniyada yeni arxa qanadımız olacaq. Bu bizə daha çox asfalta yatma qüvvəsi verəcək. İspaniya və Monako traslarında bolidin arxa tərəfində daha çox asfalta yatma qüvvəsinə ehtiyacımız olacaq.
Bu yeniliklərdən sonra növbəti traslara daha tez uyğunlaşacayıq”.