F-1.az xəbər verir ki, Formula1-in yeni komandasının maşınının sükanı arxasına keçən ilk şəxs isə Qrojan olacaq.
Komandanın rəsmi veb səhifəsində qeyd edilib ki, testlərin ilk və 3-cü günlərində Roman Qrojan, 2-ci və 4-cü günlərində isə Esteban Qutyerres çıxış edəcək. Martın ilk günlərində keçiriləcək mövsümöncəsi 2-ci testlərdə isə sükan arxasında ilk 2 günü Qutyerres, son 2 günü isə Qrojan işləyəcək.