F-1.az xatırladır ki, amerikanlar Formula1-dəki ilk mövsümündə mükəmməl performans göstərərək, 29 xal toplamış və 8-ci olmuşdular. Keçən il Ferrari mühərrikləri ilə yarışan Haas komandası bu il də italyanlarla tərəfdaşlığa davam edəcək.
ABŞ təmsilçisi FİA-nın çarpma testlərindən uğurla keçib və yeni VF-17 Barselonadakı mövsümöncəsi testlərdən iki gün əvvəl – fevralın 25-də Kataloniya trasında təqdim olunacaq. Yeni bolid çəkiliş gününə görə maksimum 100 km məsafə qət edə biləcək və Pirelli-nin nümayiş təkərlərindən istifadə ediləcək. VF-17-ni Roman Qrojan idarə edəcək, amma Kevin Maqnussen də trasda olacaq…