F-1.az xatırladır ki, Haas komandası sıralanma turunda hələ də 3-cü sessiyaya qala bilməyib. Amma amerikalılar qayda dəyişikliklərinə görə Bəhreyndə yarışa 9-cu yerdən başlamışdılar.
Günter Ştayner: “Bolidin hazır olduğuna əmin olmalıyıq. Təkərlər əsas rol oynayacaqlar. Doğru vaxtda trasa çıxsaq və səhvsiz dövrələr vursaq, sonuncu sessiyaya qala bilərik. Təxminən 1-2 dövrədən sonra təkər yeyilməyə başlayır və dövrələrimizi inkişaf etdirə bilmirik. Bu qısa müddət ərzində həll etməli olduğumuz problemlərdəndir.
Mövsümün əvvəlində 28 xal yığacağımız ağlımıza gəlməzdi. Hazırda formadayıq və Mühəndislər Kubokunda yerimizi qorumağa çalışmalıyıq. Önümüzdə McLaren və Toro Rosso var. Mövsümün sonuna qədər mübarizə aparacağımızdan əminəm. Gördüyümüz işlərə görə qürur duyuruq. İlk ilimizdə yaxşı işlər gördük və inkişaf etməyə davam edəcəyik”.