Haas-ın daha iki əməkdaşı karantinə alınıb

Bu gün səhər Haas komandasının daha iki əməkdaşı koronavirus simptomları ilə karantinə alınıb, onlardan alınmış analizlərin nəticələri axşamadək hazır olacaq və bu vaxta qədər işçilər təcrid olunacaqlar.

F-1.az xatırladır ki, dünən Haas komandasının iki, McLaren komandasının isə bir əməkdaşının koronavirusa yoluxduğu ehtimal edilərək karantinə alınmışdılar.

“Hələlik dörd nəfər – bir mühəndis və üç mexanik. Hələlik işimizin öhdəsindən gələ bilirik, – deyə komandanın başçısı Günter Ştayner vəziyyətə aydınlıq gətirib. – Günortadan sonra analizlərin nəticəsini almalıyıq, başqa heç nə bilmirəm. Bu mövzuda spekulyasiya etmək istəmirəm, həkim deyiləm. Ümid edirəm ki, analizlər mənfi olar və işləri davam etdirəcəyik. Başqa alternativlər yoxdur – onları başqaları ilə əvəz edə bilmərik, bunun üçün vaxt yoxdur”.

Viktoriya ştatının baş sanitar həkimi Brett Satton Melburnun SEN 1116 radiostansiyasına verdiyi açıqlamada sonrakı addımların analiz nəticələrindən asılı olduğunu söyləyib: “Komandanın bir neçə əməkdaşını təcrid etmişik. Sonrakı addımlar analizdən asılıdır. Nəticələr mənfi olarsa, onlar işlərinə davam edə bilərlər, əgər müsbət olarsa, əlaqə qurduqları hər kəs karantinə alınmalıdır. Bu halda onların Qran Pirdə iştirak etməyə yetərli sayda əməkdaşları olacaqmı? Bilmirəm…”

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*