Haas-ın cəriməsi qüvvədə saxlanılıb

Gözlənildiyi kimi, Haas komandasının şikayəti üzrə FİA-nın Beynəlxalq Apellyasiya Məhkəməsinin qərarı bir az əvvəl açıqlanıb - komanda İtaliya Qran Prisinin stüardlarının Roman Qrojanı diskvalifikasiya qərarından şikayət etmişdi.

F-1.az federasiyanın rəsmi saytına istinadən bildirir ki, məhkəmənin qərarında deyilir: “Tərəfləri dinlədikdə, onların məhkəməyə təqdim etdikləri materialları öyrəndikdən sonra məhkəmə qərara alır:

  • 2018-ci il İtaliya Qran Prisinin stüardlarının 43 saylı qərarı qüvvədə qalsın;
  • Haas komandasının 8 nömrəli maşınının 2018-ci il İtaliya Qran Prisinin protokolundan xaric olunmasını təsdiq etmək;
  • Bu qərarın nəticələri müvafiq idman bölmələrində nəzərə alınsın.

Hazırda tərəflərə qərarın bu müddəları çatdırılıb, təfərrüatlar isə sonra dərc olunacaq”.

Haas komandasının başçısı Günter Ştayner bildirib ki, komanda məhkəmənin qərarından məyus olub: “Əlbəttə, biz apellyasiyada uduzduğumuza görə məyusuq. Amma biz gələcəyə köklənmişik və mövsümün qalan son iki yarışına hazırlaşırıq. Biz trasda mübarizəni davam etdirəcəyik, ən çox xal qazanmaqla F1-də ən yaxşı mövsümümüzü layiqlə başa vuracağıq”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*