F-1.az xatırladır ki, analoji qərarı daha əvvəl McLaren, Williams, Racing Point və Renault komandaları vermişdilər. Hətta Formula1-in Londondakı ofisində də oxşar tədbirlərə əl atmağa məcbur olublar. Komandanın Benberidəki mərkəzindən əməkdaşların əksəriyyətinin məzuniyyətə göndərildiyi təsdiq edilib. Onların maaşlarında da dəyişiklik olacaq – məbləğdən asılı olaraq, əməkhaqqının 80%-i və ya 2500 funt-sterlinq ödəniləcək.
Haas-ın bəzi əməkdaşları ABŞ və İtaliyada işləyir və bu qərar onlara təsir etməyəcək. Komandada hətta bəzi menecerlərin də maaşlarının azaldıldığı bildirilir. Beləliklə,mərkəzi Britaniyada yerləşən komandalardan yalnız Mercedes və Red Bull hələ ki, buna oxşar qərar verməyiblər…