F-1.az xatırladır ki, Haas komandası bu ilin əvvəlində Niko Hülkenberqi sıralarına qatıb. Almaniyalı sürücü hələki gözləntiləti qarşılayır və aldığı xallarla komandasını yeddinci uğrunda mübarizədə saxlaya bilib.
Kevin Maqnussen isə problemlər yaşasa da, bəzi yarışlarda nəyə qadir olduğunu göstərə bilib.
Komandanın rəhbəri Günter Ştayner: “Ümid edirəm ki, yay tətilindən əvvəl bir qərar verə bilərik. Bu mövzuya görə çox vaxt itirmək istəmirəm. Buna görə də sürücüləri tezliklə açıqlamalıyıq.
Daha əvvəl dediyim kimi hazırkı sürücü heyətimizdən razıyıq”.
Hazırda komanda arxa təkərləri tez qızdırır və buna görə də yeyilmə tez olur. Komanda tezliklə yeniliklər gətirərək, problemləri həll etmək istəyir.
Günter Ştayner: “Macarıstanda bəzi yeniliklərimiz olacaq. Spa-da yenilik olmayacaq, amma yay tətilindən sonra bəzi yeni detallar gətirəcəyik.
Bolid vahid dövrədə güclü olduğu üçün şənbə günləri bazar günlərinə nisbətən yaxşı keçir. Sıralanma turunda təkərlər çox qızmır. Buna görə də vahid dövrədə maşın və sürücülər yaxşı işləyirlər. Ancaq yarışda qarşılaşdığımız problemləti həll etməliyik”.