F-1.az xəbər verir ki, hazırda mövsümü 11-ci yerdə tamamlayan komanda 10 milyon dollar qazanır. Təbii ki, FOM ilə müqavilə bağladıqdan sonra…
Günter Ştayner: “Hələ ki, hər hansı bir müqavilə yoxdur. Amma buna çox yaxınlaşdığımızı deyə bilərəm. Qət etdiyimiz yol bizə cəsarət verir.
Avstraliyada hədəfimiz sıralanma mərhələsinin 2-ci sessiyasıdır. Ən pis halda isə sürücülərimiz ilk 15 yerdə olmalıdır. Gücümüz çatan hər şeyi edəcəyik. Biz hər kəsin hörmətini qazanmaq istəyirik. Mühəndislər kubokunda 7-ci ola bilsək əla olar…”.
Qeyd edək ki, komanda bu hədəfinə çatsa, 55 milyon dollar əldə edəcək. Keçən il bu uğuru Toro Rosso komandası qazanmışdı…