Haas gələn ilin bolidinə fokuslanacaq

Haas komandasının rəhbəri Günter Ştayner bildirib ki, artıq gələn ilin bolidinə fokuslanıblar.

F-1.az xatırladır ki, amerikalılar bu il 29 xal toplayaraq, turnir cədvəlində 7-ci pillədə qərarlaşıblar. Haas komandası keçən ilin ortasında 2017-ci ilin bolidinə forkuslanmışdı və bu il də eyni addımı atmaq qərarına gəlib.

Günter Ştayner: “Hazırda tamamilə növbəti mövsümün bolidini hazırlamağa fokuslanmışıq. Növbəti yarışlarda kiçik aerodinamik yeniliklərimiz olacaq, amma bunlar elə də vacib şeylər deyillər. Əgər hazırkı bolidi inkişaf etdirməyə davam etsək, yeni bolidə vaxt və resurs qalmayacaq”.

Qeyd edək ki, Qrojan Britaniyada Carbone İndustries əyləclərindən, Maqnussen isə Brembo əyləcələrindən istifadə edib.

Günter Ştayner: “Sürücülərimiz əyləclərdən çox şikayət etmədilər. Silverstounda önəmli addım atsaq da, Macarıstan üçün planımız yoxdur. Mühəndislərimizlə bu barədə danışacağıq”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*