F-1.az xatırladır ki, Sercio Markionne dəfələrlə Alfa Romeo-nun Formula1-ə qayıda biləcəyinə eyham vurmuşdu. Alfa Romeo çətin ki, yaxın zamanlarda zavod komandası kimi idmana qayıtsın, lakin Markionne Haas komandasına verilən mühərriklərin rebrendinq imkanlarını nəzərdən keçirir.
Buna uğurlu nümunə kimi, Renault-nun Red Bull-a motorlarını əvvəllər İnfiniti, indi isə TAG Heuer brendi altında verməsini göstərmək olar…