Cin Haas: “Gələn il sürücü heyətimizi dəyişməyəcəyik. Bir çox aspekti nəzərə alsaq, bu addım komandamızın daha yaxşı çıxış etməsinə imkan verməlidir”.
Bu il Qrojanın komanda yoldaşı olan Maqnussen komandanın keçənilki sürücüsü Esteban Qutyerresin mövsüm ərzində bacarmadığını ikinci yarışında edib – səkkizinci yeri tutaraq xal qazanıb. Haas bu məsələyə də toxunub: “Hər iki sürücümüz xal qazana bilir və bu, bizim onlarla yolumuza davam etməyimizdə əsas faktordur. Keçən mövsüm topladığımız qədər xalı bu il artıq ilk 10 yarışda əldə etmişik. Əgər mövsümün sonuna qədər daha 29 xal toplaya bilsək, hər şey əla olacaq”.