Qrojan testlərdən sonra bildirmişdi ki, yeni əyləclər daha yaxşıdır və gələcəkdə bu əyləcə keçə biləcəklərini qeyd etmişdi.
Qeyd edək ki, bəzi şayiələrə görə, Brembo Ferrari-nin ən böyük ortaqlarından biri olduğu üçün Haas komandası hazırkı əyləclərlərdən imtina etməyə çəkinir.
Roman Qrojan: “Hər iki əyləc də oxşar tərzdə işləyir, amma telemetriya məlumatlarına baxanda bəzi şeylərin daha yaxşı formada işlədiyini görə bilərsiniz. Əyləclər sevdiyim kimi davranırlar.
Brembo da inkişaf edir. Çindəki yenilikləri yaxşı idi. Bunun üçün ilyarım gözləmişik”.
Yeni əyləcə keçmək o deməkdir ki, əyləc avadanlıqlarından başqa çoxlu detallar da dəyişdirilməlidir: “Bundan tamamilə əmin olmalıyıq. Sərbəst yürüşlərin hamısını əyləci tanımaq üçün fəda verə bilmərik. Buna görə də ən doğru qərarı verməliyik”.