F-1.az xatırladır ki, Force İndia keçən ilin sonunda Berni Ekllstoundan 10 milyon dollar avans istəsə də, Haas komandası buna qadağa qoymuşdu. Komanda avansı yeni maşını hazırlayarkən tədarükçülərə ödənişlərdə çətinlik çəkdiyi üçün istəmişdi. Əvvəllər belə dəstəyə heç bir komanda etiraz etmirdi, lakin Haas əvvəlcə bundan imtina etmişdi. Auto Motor und Sport-un məlumatına görə, Haas etirazını geri çəkib – Force İndia rəhbərliyi istədiyi məbləği ala biləcək.
Problem onda idi ki, Haas özü də mükafat payını almaq istəyirmiş, amma FOM-dan deyil, FİA-dan. Komanda debüt mövsümündən öncə FİA-ya 20 milyon dollar ödəyib – bu məbləğ çempionatda iştirak etməyə lisenziya almaq üçündür. Bu məbləğ komandalara adətən iki il sonra qayıdır, lakin Haas pulu indi istəyir, çünki şübhə yoxdur ki, komanda iştirakını davam etdirəcək.
Ümumdünya şürası Haas-ın bu müraciətinə müsbət cavab verib, onlar da Force İndia-nın avans almasına etirazlarını geri çəkiblər…