F-1.az xatırladır ki, Haas-ın 2023-cü il maşını da 2022-ci ildə olduğu kimi Simone Restanın öndərliyində yığılacaq. Maranellodakı texniklər də yeni maşının yığılmasında iştirak edirlər. Yəni ki, Ferrari ilə Haas arasında olan ortaqlıq yaxşı vəziyyətdədir.
Amerika komandası İtaliyanın Bollate bölgəsində yerləşən CSİ qəza testi binasında keçirilən çarpma testlərindən keçə bilib. Çarpma testləri burun və şassi üzərində keçirilib və amerikalılar bu ənəgəli uğurla aşıblar. Beləliklə, keçən mövsümün 8-cisi olmuş komanda FİA-nın icbari çarpma testlərini keçən ilk komanda olub.