F-1.az xatırladır ki, əyləc sarıdan tez-tez əziyyət çəkən Amerika təmsilçisi keçən il həm Brembo, həm də Carbon İndustries əyləclərindən istifadə etsə də, problemlərdən qurtula bilməmişdi.
Günter Ştayner: “Keçən il iki fərqli əyləc istehsalçısı ilə işləsək də, nəticə ala bilmədik. Güclü paketimiz olmalıdır. Məqsədimiz hər sahədə tək istehsalçı ilə başlayıb, uğur qazanmaqdır. Hələ bolidimizi test edə bilməmişik. Barselonada rəqiblərimizin və özümüzün gücünü biləcəyik.
Əyləc cəhətdən ən çox əziyyət çəkən Romandır və onun üçün yaxşı olsa, Kevin üçün də yaxşı olacaq. Ümid edirəm ki, eyni problemi yenidən yaşamaz. Məqsədimiz etibarlı bolid düzəldib hər yarışda xal almaqdır. Bunun üçün əlimizdən gələni edəcəyik”.